Луна

Луна Xəbərlər 6-09-2020, 14:34

Azərbaycanda borclu şəxslərlə bağlı mobil tətbiq hazırlanır - Nazirlik

Azərbaycanda borclu şəxslərlə bağlı mobil tətbiq hazırlanır - Nazirlik
Ədliyyə Nazirliyinin İcra Baş İdarəsində borclularla bağlı mobil tətbiqin istifadəyə verilməsi nəzərdə tutulub.

LoaDinG.Az Trend-ə istinadən bildirir ki, bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev bildirib.

Rəis müavini qeyd edib ki, həmin mobil tətbiqdə borclu ilə bağlı bütün məlumatlar öz əksini tapacaq:


"Vətəndaş mobil tətbiq vasitəsilə barəsində hansısa məhdudiyyətin tətbiqilə bağlı dərhal məlumatlanacaq. Borclunun ölkədən çıxması ilə bağlı məhdudiyyətin aradan qaldırılması üçün Heydər Əliyev Hava Limanında xüsusi köşk fəaliyyət göstərir. Yaxşı olar ki, vətəndaş könüllü şəkildə borcunu vaxtında ödəsin. Amma gecikmə olubsa və onun ölkədən çıxışına məhdudiyyət qoyulubsa, borclu hava limanına gəlməmişdən də borcunu ödəyə bilər. Bunun üçün müəyyən prosedurlar həyata keçirilir. Təlimata uyğun olaraq, məhdudiyyətin aradan qaldırılması üçün göstəriş varsa, icra məmuru qərar qəbul edir. 24 saat ərzində məhdudiyyət aradan qaldırılır. Amma hava limanında köşkdə ödənilən borca görə avtomatik olaraq məhdudiyyət aradan qaldırılır".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
327 375 265 388 349 345

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.