Arzum

Arzum Aforizm 6-09-2020, 18:00

Müdriklərdən həyat haqqında 13 ANLAMLI CÜMLƏ

Müdriklərdən həyat haqqında 13 ANLAMLI CÜMLƏ
Həyat doğru cavabları olmayan sınaqdır – Yosef Bruer

Həyat irəliyə baxaraq yaşanar, geriyə baxaraq anlaşılar – Kierkeqor

Həyatda ən böyük əyləncə başqalarının “edə bilməzsən” dediyini edə bilməkdir – Uolter Baqexot

Həyat qorxunun bitdiyi yerdə başlayar – Oşo

Həyatda daim gerçəkləri müdafiə et. Təqdir edən olmasa belə, vicdanına hesab verməkdən xilas olarsan – Çe Qevara

Birinə “əlvida” deyə biləcək qədər cəsarət toplasanız, həyat sizə bir salam verəcək – Poulo Koelho

Silgi istifadə etmədən rəsm çəkmək sənətinə həyat deyilir – Karistian

Həyat əlinə hər zaman yaxşı kartların gəlməsi deyil, bəzən pis kartlarla da yaxşı oynaya bilməkdir – Cek London

Həyat həssaslar üçün tragediya, düşünənlər üçün komediyadır – La Bruyer

Həyat bir hekayəyə bənzəyir. Mühüm olan əsərin uzun olması deyil, yaxşı olmasıdır – Seneka

Yaşadıqlarımdan öyrəndiyim bir şey var: yaşadınmı, böyük yaşayacaqsan. Çaylara, səmaya, bütün kainata qarışırcasına. Çünki ömür dediyimiz şey həyata təqdim edilmiş ərməğandır. Həyat bir ərməğandır insana – Ataol Bəhramoğlu

Özünüzə gülə bildiyiniz ilk gün böyüməyə başlarsınız – Etel Berrimor

Xoşbəxtlik əlin çata biləcəyi çiçəklərdən buket hazırlamaq sənətidir – Qoddar

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
545 517 514 543 557 539

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.