Луна

Луна Xəbərlər 7-09-2020, 12:00

Sabahdan Bakının girişindəki postlar yığışdırılır - Rəsmi açıqlama

Sabahdan Bakının girişindəki postlar yığışdırılır - Rəsmi açıqlama
Daxili İşlər Nazirliyi Bakıdan rayonlara gediş-gəlişin açılması ilə bağlı açıqlama verib.

LoaDinG.Az bildirir ki, bu gecə saat 12-dən etibarən karantin postları fəaliyyətini dayandıracaq:

"Postlar əsas etibarilə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmiş inzibati ərazilərə giriş-çıxışa tətbiq olunmuş məhdudiyyətlərə nəzarət edilməsi məqsədilə təşkil edilmişdi. Lakin ictimai nəqliyyat vasitələri ilə sərnişin daşınma fəaliyyəti istisna olmaqla həmin məhdudiyyətlər bu gecə saat 00:00-dan ləğv edildiyi üçün nəqliyyat vasitələrinin yoxlanılması prosesi və ümumiyyətlə postların fəaliyyəti də dayandırılacaq. Karantin postlarındakı müəyyən avadanlıqlar və qurğular hələ ki orada qalacaq. Çünki yoluxma sayının bundan sonra necə olacağı və buna uyğun hansı qərarın veriləcəyi məlum deyil.

Giriş-çıxışa tətbiq edilən məhdudiyyət bu gecə qüvvədən düşən kimi sərbəst gediş-gəlişə icazə veriləcək. Qeydiyyat yerindən asılı olmayaraq hər kəs Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu daxil olmaqla, ölkədaxili istənilən şəhər və rayona gedib gələ bilər. Aydın məsələdir ki, hamının fərdi maşını yoxdur, onlar 200-300 kilometr məsafəni piyada gələsi deyillər ki. Hazırda ancaq taksi xidmətindən istifadəyə icazə verilib".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
365 394 396 409 412 388

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.