ÊLfidÂ

ÊLfid Sağlamlıq 7-09-2020, 19:01

Dilin rənginə baxaraq irəli zamanlarda ortaya çıxacaq xəstəlikləri öncədən bilmək olar

Dilin rənginə baxaraq irəli zamanlarda ortaya çıxacaq xəstəlikləri öncədən bilmək olar
Deyilənə görə, dilin şəkli, rəngi və vəziyyəti bir çox xəstəlikdən xəbər verir.

Diliniz normaldan fərqli bir görünüşə malikdirsə, bu həyatınızı dəyişdirməlisiniz deməkdir.

Əgər dilinizin altında damarlar çoxdursa, bu o deməkdir ki şəkər və duzu çox qəbul edirsiniz. Etməli olduğunuz isə bu miqdarı azaltmaqdır.

Dilin üzərində tünd qırmızı rəng varsa, acıdan və ədviyyatlardan uzaq durmalısınız.

Əgər dil solğun qurudursa, açıq rəngdədirsə, demək, bədən susuz qalıb.

Araşdırmalara görə, dilinizin rəngi tünd qırmızıdırsa və üzərində sarı bir təbəqə varsa, bu uzun müddət bədəninizdə bir iltihabın olduğunun göstəricisidir.

Əgər diliniz çox yaş və ya tüpürcəklidirsə, demək siz çox yeyirsiniz və bu da bədəninizdə daha çox su toplandığının göstəricisidir.

Dilin formasına görə də bir çox fikir bildirmək olar. Dilin düz olması halında dilin kənarlarında diş izlərinin olması qaraciyər və öd kisəsində probleminizin olduğuna bir işarədir. Bu, ciddi bir xəstə olduğunuzu göstərmir, amma irəlidə belə bir probleminiz ola bilər.

Dilin ucunda baş verən dəyişikliklər ürək və ağciyərlə bağlı problemləri göstərir.

Dilin ortasının sarı və ya ağ olması mədənin və dalağın problemlərinə işarədir.

Əgər dilin ortasında həm rəngli ləkələr həm də yanlarında diş izləri və çatlar varsa bu, qaraciyər və öd kisəsi ilə bağlı problem olduğunu göstərir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
491 447 429 506 479 421

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.