Arzum

Arzum Məşhurlar 9-09-2020, 18:30

Rusiyada kişi "İlin qadını" seçildi - Fotolar

Rusiyada kişi "İlin qadını" seçildi - Fotolar
Rusiyanın tanınmış repçisi Alişer Morqenştern yenə də qalmaqala səbəb olub.

Loading.az.xarici KİV-ə istinadən xəbər verir ki, "Moda Topical" dərgisi mükafatlandırma gecəsində ifaçıya "İlin qadını" nominasiyasını verib.

Bu haqda reper özü İnstaqram səhifəsində məlumat yayıb. O bildirib ki, 2020-ci ilin ən müzakirəedilən sənətçisidir və ona görə də mükafatı almaq üçün çətinlik çəkməyib. "Bundan sonra ancaq irəli. Yeni mərhələyə doğru" deyə, Alişer əlavə edib.

Mükafatını almaq üçün reper səhnəyə ipək xalat, xəz və şlyapada çıxıb.

Onun bu mükafatı alması isə etirazlara səbəb olub. Bir çox məşhur "İlin qadını" nominasiyasının kişi reperin almasına etiraz edib. Onlardan biri də məşhur "Dom2"nın aparıcısı Kseniya Borodina olub. O, etirazını "Morgenşteynin ilin qadını olduğu dünyada yer almaq istəmirəm. Rusiyada qadınlar ölüb?” sözləri ilə bildirib.

Qeyd edək ki, Morqenştern yaradıcılığına "Youtube" səhifəsində başlayıb. Hazırda onun 5 milyona yaxın abunəçisi var. 2017-ci ildə isə studiyada ilk mahnısını yazmağa başlayıb.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
424 447 427 411 410 406

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.