HASANLY

HASANLY Xəbərlər 11-09-2020, 16:57

Sevgilisini öldürən qadına HÖKM oxundu

Sevgilisini öldürən qadına HÖKM oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsinə qətldə təqsirləndirilən Günel Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Loading.Az "Report"a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən G.Qasımova 10 il müddətinə azadlıqdan məhrum edilib.

Prokuror Günel Qasımovanın 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.


Qeyd edək ki, ailəli olan G.Qasımova sevgi münasibətində olduğu Ramiz Hüseynovu öldürməkdə təqsirli bilinib.
Hadisə ötən ilin oktyabr ayında Xırdalan şəhərində baş verib.

Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllədəki evdə yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Qasımova Günel Eldar qızı saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələbetmə, terrorçuluq və ya banditizmlə əlaqədar adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
322 436 348 316 331 312

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.