Arzum

Arzum Sağlamlıq 12-09-2020, 19:00

Kriptokokkoz nədir?

Kriptokokkoz nədir?
Kriptokokkoz - mərkəzi sinir sistemini, bəzən ağciyərləri, dərini və selikli qişaları zədələyən dərin mikozlara aid xəstəlikdir

Xəstəliyi törədən göbələk mikrobları xarici mühitdə, müxtəlif ərzaq məhsullarında, atmosfer havasında olur. Kriptokokkozlar ilkin xəsarəti ağciyərlərdə və limfa vəzilərində əmələ gətirirlər. Xəstənin müqaviməti aşağı olarsa, kriptokokkoz ilk növbədə meningit törədir. Xəstəliyin gedişi ağır olarsa 10-25% hallarda ölüm baş verir.
Xəstələrdə süstlük kimi əlamətlər baş verir. Xəstələrdə gecə tərləməsi, sufebril qızdırma, öskürək, selıkli, bəzən qanlı bəlğəm ifrazı ilə gedir. Az hallarda klassik bronxopnevmoniya inkişaf edir. Dəridə və selikli qişalarda dəyişikliklər məhdud və yayılmış olur. Dəridə akneyəbənzər, burunun selikli qişasında xoralı - nekrotik zədələnmər tapılır. Göbələk kriptokokkemiya - hepatit, pielonefrit, miokardit, peritonit, splenit və s. iltihabi xəstəliklər törədir.

DİOQNOZU: Kriptokokkları və onun antigenini qandan, sidikdən, yaxmadan, bioplatlardan tapmaq olur. Biokimyəvi və morfoloji müayinələrin nəticələri diaqnozun qoyulmasında böyük rol oynayır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
439 526 419 426 419 504

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.