İlk məhəbbətim...

Sən bir yuxu idin, göründün, getdin,
Çox şirin yuxuydu, doyulmaz idin.
Kaş ayılmayaydım sənli yuxudan,
Mən qəfil ayıldım , sən qəfil itdin.
Bəlkə bir yuxudu ilk məhəbbətim,
Bəlkə də xəyaldan keçən anlarmış.
Gec açıb, tez solan bir çiçək imiş,
Ayrılıq gələndə yoxa çıxarmış.
Mən elə bilirdim sən həyatımsan,
Qışımı döndərib yaz edəcəksən.
Daha bilməzdim ki, cavan ömrümü,
Bir gülün ömrü tək az edəcəksən.
Çox şirin yuxuydu, doyulmaz idin.
Kaş ayılmayaydım sənli yuxudan,
Mən qəfil ayıldım , sən qəfil itdin.
Bəlkə bir yuxudu ilk məhəbbətim,
Bəlkə də xəyaldan keçən anlarmış.
Gec açıb, tez solan bir çiçək imiş,
Ayrılıq gələndə yoxa çıxarmış.
Mən elə bilirdim sən həyatımsan,
Qışımı döndərib yaz edəcəksən.
Daha bilməzdim ki, cavan ömrümü,
Bir gülün ömrü tək az edəcəksən.






