HASANLY

HASANLY Xəbərlər 15-09-2020, 15:28

Goranboyda bir quyunun sirri

Goranboyda bir quyunun sirri
Goranboyun Nərimanlı kəndində həm maraqlı, həm də təhlükə yarada biləcək hadisə baş verib.

Loading.Az Baku Tv-yə istinadən xəbər verir ki, sakinlər səhər küçənin bir hissəsinin çökdüyünə şahidlik ediblər.
Bildirilir ki, günbəgün uçub dərinliyi artan quyu həm marağa səbəb olur, həm də küçənin kiçik sakinləri üçün təhlükə yaradır. Ərazidə avtomobillərin hərəkəti zamanı da həyacanlı anlar yaşanır.

Goranboyun Nərimanlı kəndində illər öncə neft-kəşfiyyat quyuları qazıldığından yerli sakinlər yaranan quyunun onunla əlaqəli olmasını iddia edirlər. Onlar aidiyyəti qurumların əraziyə baxış keçirdiyini də bildiriblər.

Goranboy rayon Nərimanlı kənd icra nümayəndəsi Nüşirəvan Əliyev bildirdi ki, kəndin həmin küçəsinə baxış keçirilib. Yarana biləcək təhlükənin qarşısının alınması üçün işlərə başlanılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
377 381 422 413 409 416

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.