HASANLY

HASANLY Xəbərlər 19-09-2020, 20:02

Koronavirus meyxanaçı Samirəyə də evini "satdırır"

Koronavirus meyxanaçı Samirəyə də evini "satdırır"
Meyxanaçı Samirə Yusifqızı da evini satışa çıxarıb.

Loading.Az Yenisabah-a istinadən xəbər veri ki, meyxanaçı maddi cəhətdən sıxıntı yaşadığını deyib. Pandemiya səbəbindən məclislərdə iştirak edə bilməyən söz ustası pulsuzluqdan şikayətlənib:

“Pandemiyadır, gəlir yerim yoxdur, nə iş var, nə də pul. Hazırda yaşadığım evi satıram. Ev Bakının Əhmədli qəsəbəsində yerləşir. 5 sotun içərisində tikilmiş, tam hazır evdir”.

Meyxanaçı külli miqdarda borcu olduğu üçün bu addımı atdığını bildirib.

Qeyd edək ki, son günlər pandemiya səbəbi ilə gəlir yerləri olmayan bir çox məşhur evini satışa çıxarıb. Müğənni Xuraman Şuşalı Qaraçuxurdakı evini, Xalq artisti Brilliant Dadaşova bağ evini və maşınını, idmançı Kamil Zeynallı evini satışa çıxarıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
331 349 295 270 329 255

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.