Луна

Луна Xəbərlər 24-09-2020, 12:41

Ən çox subbakalavr II ixtisas qrupu üzrə ali məktəbə daxil olub

Ən çox subbakalavr II ixtisas qrupu üzrə ali məktəbə daxil olub
Azərbaycanda ən çox subbakalavr II ixtisas qrupu üzrə ali məktəbə daxil olub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu il ali məktəbə ümumilikdə 5785 subbakalavr daxil olub. Onların 3322 nəfəri II ixtisas üzrə ali məktəbə daxil olaraq, tələbə adını qazanıb.

Daha sonra isə I ixtisas qrupu üzrə ali məktəbə daxil olan subbakalavrlatrın sayı üstünlük təşkil edir. Bu qrupda 1995 subbakalavr tələbə adını qazanıb.

Bu il III ixtisas qrupu üzrə 42, IV qrup üzrə 372, V qrup üzrə 54 subbakalavr ali məktəb tələbəsi ola bilib.

Qeyd edək ki, Azərbaycanda kolleci bitirən subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul ola bilərlər. Lakin bu imkan yalnız subbakalavr dərəcəsi alan (2012-ci ildən sonra kolleci bitirən) məzunlara aiddir.

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər. Qəbul aparılan ixtisasların uyğunluğu Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla, Təhsil Nazirliyi tərəfindən müəyyən olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
369 425 448 407 462 357

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.