HASANLY

HASANLY Xəbərlər 26-09-2020, 17:16

Ukraynada matəm ELAN OLUNDU

Ukraynada matəm ELAN OLUNDU
Ukraynanın Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Aleksey Kuçer ötən gün "An-26" hərbi təyyarəsinin qəzaya uğramasına görə 26 sentyabr tarixini matəm günü elan edib.

Bu barədə müvafiq qərar yerli hakimiyyət qurumunun saytında dərc olunub.

Bildirilir ki, çoxsaylı insan ölümü ilə əlaqədar bu gün Ukraynanın Xarkov əyalətində bütün inzibati binalarda dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, Ukraynada "An-26" hərbi təyyarəsinin Xarkov əyalətinin Çuquev şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 25 nəfər həlak olub, iki nəfər xəsarət alıb. (Oxu.az)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
324 322 317 289 301 308

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.