HASANLY

HASANLY Xəbərlər 1-10-2020, 16:55

Dünya çempionu: "Qarabağ Azərbaycandır"

Dünya çempionu: "Qarabağ Azərbaycandır"
"Biz azərbaycanlılar 30 ildir ki, torpaqlarımızın geri qaytarılması həsrəti ilə yaşayırıq. İndi isə ən təbii özünümüdafiə haqqımızdan istifadə edərək torpaqlarımızı işğaldan azad etməliyik".

Loading.az "Report"a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə millisinin heyətində dünya və Avropa çempionu olan atlet Ramil Quliyev cəbhə bölgəsində baş verənlərlə bağlı danışarkən deyib.

30 yaşlı idmançı bildirib ki, bu, haqq mübarizəsidir: "Bu yol haqq yoludur. İnanıram ki, yolun sonunda ölkəmiz zəfər qazanacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Bir bədəndə iki can, yaşasın Türkiyə - Azərbaycan".

Qeyd edək ki, Ramil Quliyev 200 metr məsafəyə qaçışda 2017-ci ildə dünya, 2018-ci ildə isə Avropa çempionu olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
356 347 350 376 401 397

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.