Луна

Луна Sağlamlıq 7-10-2020, 16:30

Yatmazdan əvvəl qəhvə və ya çay içmək yuxuya təsir etmir

Yatmazdan əvvəl qəhvə və ya çay içmək yuxuya təsir etmir
Yeni bir araşdırma yatmadan əvvəl istehlak edilən qəhvə və çayın yuxuya təsir etmədiyini göstərdi.

LoaDinG.Az deyerler.org-a istinadən bildirir ki, ABŞ-ın Florida Atlantik Universiteti və Harvard Universiteti Tibb Fakültəsindən araşdırmaçılar, könüllü 785 insanı 5164 gün və gecə müşahidə edərək, nə qədər kofein, alkoqol və nikotin istehlak etdiklərini qeydə alıblar.

Araşdırma qrupu daha sonra bu məlumatları, iştirakçıların yuxu müddətini və yuxu səmərəliliyini qeyd edən bilək sensorlarından əldə edilən nəticələrlə müqayisə ediblər.

Araşdırmada nikotin və alkoqol yuxunu dayandırsa da, kofein yuxuya heç bir təsir göstərməyib.

Araşdırma, həmçinin yatmadan əvvəl çəkilən bir siqaretin yuxuya getməkdə çətinlik çəkənlərdə ümumi yuxu müddətini 42 dəqiqə, gecə boyunca siqaret istifadəsinin də yuxu müddətini təxminən 43 dəqiqə azaltdığını göstərib.


Doktor Kristin Spadola "Sleep" jurnalında yazdığı məqalədə, yatmadan əvvəlki 4 saat ərzində istehlak edilən nikotin və ya alkoqolun yuxunun davamlılığına mənfi təsir etdiyini qeyd edib.

"Yuxudan əvvəl 4 saat ərzində kafeinin alışı ilə yuxu parametrlərinin heç biri arasında isə bir əlaqə müşahidə etmədik", - deyə Spadola bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
448 408 329 433 437 373

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.