Луна

Луна Texnologiya 8-10-2020, 12:30

Qatlanan iPhone ekranını yeniləyə biləcək

Qatlanan iPhone ekranını yeniləyə biləcək
Apple mühəndisləri hazırda qatlanan iPhone üzərində çalışırlar.

LoaDinG.Az ted.az-a istinadən bildirir ki, şirkət bunun üçün Samsung-dan xeyli miqdarda qatlanan ekran eskizi alıb.

Patentə əsasən, qatlanan iPhone-ların ekranı öz-özünü yeniləyə biləcək. Nəticədə ekranın aldığı kiçik xəsərlər, o cümlədən xırda cızıqlar kənar müdaxiləyə ehtiyac duyulmadan bərpa olunacaq.

Bu funksiyanın gerçəkliyinin çoxları üçün sual altına alındığını nəzərə alaraq bildirməliyik ki, 2018-ci ildə Cənubi Koreya mühəndisləri "elastomer" adlı material yaradıblar. Yəni sözügedən material bu addımın gerçəkləşdirilməsində mühüm rol oynayacaq.

Onu da qeyd edək ki, qatlanan iPhone o qədər də tez bazara çıxarılmayacaq. Analitiklər hesab edirlər ki, 2022-ci ildən əvvəl bu smartfon satışda olmayacaq.

Sızıntılara görə, qatlanan iPhone gözlənildiyi kimi görünməyəcək. Çünki modeldə bir ekran yox, birlşdirilmiş iki ekran olacaq. Bundan başqa, smartfonun iPhone 11-i andıracağı bildirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
558 633 550 457 529 484

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.