Drondan istifadə yeni dövr - Orqan nəqlini həyata keçirəcəklər
Amerika Birləşmiş Ştatlarında dronlar orqan nəqli üçün test uçuşları həyata keçirəcəklər.
LoaDinG.Az ted.az-a istinadən bildirir ki, test nəticəsində dron 16,5 kilometr yol qət etsə də, orqanlar heç bir zərər görməyib. Prosesi həyata keçirmək üçün Amerikanın MissionGo və Nevada Donor Network şirkətləri əməkdaşlığa başlayıblar. Növbəti dəfə dronların 50 kilometrə qədər yol getməsi planlaşdırılıb. Mütəxəssislərin fikrincə, bu, çatdırılmanı sürətləndirməklə yanaşı, karbon qazı istehsalını da azaldacaq. Qeyd edək ki, səlahiyyətlilər testdən uğurla keçən pilotsuz uçuş aparatının istifadəyə verilməsi üçün rəsmi icazə gözləyirlər.