Onadeyin

Onadeyin Sevgi 8-10-2020, 17:06

SEN

SEN
Toxunmaq deyil sevmək. Öpmək, qoxlamaq da deyil.
Fərqli cür sevənlər də var. Rəsmini sevənlər var məsələn. Şəklinə baxıb, üzünün hər
cizgisini əzbər öyrənə biləcək insanlar var. Əslində heç sonunu bilməyən bir hekayənin hər gün başlanğıcını yazmağa çalışan insanlar var. Hər gün yazıb, pozmaqda olan insanlar var.
Qovuşa bilmək ümidi ilə yaşayan insanlar var. Gecələrini bir insana həsr edib yatmaq istəyən, bəzən heç yatmaqları mümkün olmayan duyğusal insanlar var. Bəzən telefonun ekranına,
bəzən ovucunun içi boyda olan bir rəsminə baxıb yuxuya gedən insanlar var.
Bəzən qəlbinin üzərinə, bəzən sol yanına şəkili qoyub yanındaymış kimi hiss edən insanlar var. Qəlbinin hər atışında onun adıyla səslənən insanlar var. Səsini qulaqlarında musiqi ritmi kimi yaşadan insanlar var. Aralarında hər məsafəyə rəğmən daha çox sevən insanlar var.
Məsafələr metrlər və kilometr ilə görsədilən sadə bir rəqəm əslində, sizi toxunmaqdan, birini qoxlamaqdan ən uzaq salan bir rəqəmdir, amma əsla sevməkdən uzaq sala biləcək qədər böyük bir rəqəm deyildir..



[media=http://youtu.be/1DFmLa7hxF8]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
657 626 717 685 679 632

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.