Hz.Məhəmməd'ə ilk vəhy gəldikdən sonra nələr yaşandı?
Hira dağında Hz.Cəbrayıl'ın Hz.Məhəmməd peyğəmbərə göründüyünü və ilk vəhyi verdiyini yəqin ki, hamımız bilirik. Ondan sonra nə oldu, gəlin ona baxaq.
Titrəyən Allah Rəsulu mağaradan çıxdı və Məkkəyə doğru hərəkət etdi. Yolda bir çox qəribəliklərlə qarşılaşdı. Dağ, daş və ağaclar "Əssəlamu Aleykə Ya Rəsulallah!" deyərək onu salamlayır və yüksək vəzifəsindən ötrü onu təbrik edirdilər. Evinə çatan Məhəmməd (s.a.s) yaşadığı hadisənin əzamətindən danışamaz hala gəlmişdi. Onu maraq içində qarşılayan həyat yoldaşına sadəcə "Üstümü ört, üstümü ört" deyə bildi. Hz.Xədicə heçnə soruşmadan Peyğəmbərimizi yatağına yatırmış və üstünü örtmüşdür.
Bir müddət sonra oyanan Hz.Məhəmməd (s.a.s) başından keçənləri olduğu kimi xanımına anlatmış və "Qorxuram ey Xədicə. Bir zərər gəlməsindən qorxuram!" demişdir. Hz.Xədicə ona belə cavab vermişdir:
"Heç bir qorxu hiss etməyinə səbəb yoxdur. Heç üzülmə. Allah sənin kimi qulunu heç vaxt utandımaz. Mən bilirəm ki, sən hər sözün doğrusunu deyərsən, əmanətə sahib çıxarsan, qohum-qonşuna, ehtiyacı olanlara hər zaman kömək əlini uzadarsan. Səbr et! Vallahi, mən sənin bu ümmətin peyğəmbəri olacağını ümid edirəm."
Bu danışıqlarından sonra hadisənin əslini anlamaq üçün Hz.Xədicə əmisi oğlu Varaka bin Nevfel'lə də danışmaq qərarına gəlir. Varaka bin Nevfel yaşlı, saf bir Xristiyandır. Gözləri görməzdi amma gönlü aydınlıqdı. Tövratı və İncili oxumuş onlardan bir çox şey öyrənmişdi. Hz.Xədicə vaxt itirmədən Hz.Məhəmməd (s.a.s) ilə əmisi oğlunun yanına getdi.
Varaka ilk öncə Məhəmməd Peyğəmbər'i (s.a.s) dinlədi. O, başından keçənləri danışdıqca, Varaka, rəngdən rəngə girirdi. Danışması bitəndə, Varaka qışqırdı:
"Kuddüs, Kuddüs! Bu gördüyün mələk, uca Allahın Musa Peyğəmbərə göndərdiyi Ruhü'l-Kuddüs'dür! Sən isə bu ümmətin Peyğəmbərisən. Ah, nə olardı, yeni dinə xalqı çağırdığın günlərdə mən də cavan olaydım, qövmün səni yurdundan çıxaracaqları zaman sağ olaydım..!"
Bu ifadələr həm Allah Rəsulunu həm də Hz.Xədicəyi bir dərəcə rahatlatdı. Ancak onların anlamadığı bir şey vardı: Qövmü onu niyə yurdundan çıxaracaqdı?
Bu sualına Varaka belə cavab verdi: "Səni burdan çıxaracaqlar! Çünki sənin kimi vəhy təbliğ edən bir kimsə yoxdur ki, düşmanlıqla üzləşməmiş olsun. Sənin dəvət gününə yetişsəm, bütün gücümlə sənə kömək edəcəm!"






