Diablo

Diablo Ana və uşaq 10-10-2020, 20:30

Uşaqlarda öskürək zamanı bunları edin

Uşaqlarda öskürək zamanı bunları edin
Uşaqların öskürməsi valideynləri çox narahat edən hallardan biridir. Soyuq fəsillər yaxınlaşdıqca, uşaqlarda soyuqdəymə, burun axması, tənəffüs yollarının qıcıqlanması halları artır.
Loading.az teleqraf.com-a istinadən xəbər verir ki, öskürək orqanizmdəki narahatlığın xəbərçisi hesab olunur.
Uşaqlar uzun müddətli öskürək zamanı tənəffüs yollarındakı iltihabı aradan qaldırmağa çalışırlar. Bununla yanaşı, uşaqların yanında siqaret çəkilirsə, bu, onların tənəffüs yollarını qıcıqlandıraraq öskürmələrinə səbəb olur.
Əgər öskürmə müddəti 2-3 həftədən çox davam edərsə, daha ciddi problemlərin yaranmaması üçün həkimə müraciət etmək lazımdır.
Əgər uşaq bəlğəmlə öskürürsə, öskürəyə qarşı sirop içmək tövsiyə olunur. Eyni zamanda yatmazdan əvvəl boğazı yumşaltmaq üçün isti içkilər verilə bilər. İlıq ballı, limonlu su içirə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
671 706 664 639 676 621

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.