Quru üz dəriləri üçün maskalar
Bananlı maska:
1 ədəd bananın qabığını soyub əzin. Əzilmiş banan üzərinə qaymaq əlavə edin, qarışdıra-qarışdıra bura kartof unu tökün. Maskanı tətbiq etmədən öncə gözətrafı dəriyə qidalandırıcı krem çəkin. Hazırlanmış maskanı nazik qatla dərinizə çəkin, quruduqdan sonra qırışların daha çox olduğu yerlərə bir daha çəkin. Sonra üzünüzü tənzif salfetlə örtün, 30-40 dəqiqə saxlayın. Maskanı isti suda isladılmış pambıqla silin. Bir gündən bir bu maskanı dərinizə tətbiq edin. Kurs 10 prosedurdur. 1-2 aydan sonra kursu təkrar etmək olar.
Xamalı-ballı maska:
Quru dəri üçün təzə xamadan istifadə edin. Bir az turşumuş xama dərini qıcıqlandıra bilər. Xamanı 1 çay qaşığı bal və 1 damcı istənilən sitrus meyvəsinin şirəsi ilə qarışdırın, üzünüzə çəkib yuyun.
Kəsmiklə hazırlanan maska:
Bu maskanı hazırlamaq üçün sizə lazımdır: 15 qram maya, 2 xörək qaşığı kəsmik, 1 çay qaşığı bitki yağı (zeytun yağı), 4 ədəd doğranmış qoz.Maya və kəsmiyi qarışdırıb, 20 dəqiqəlik isti yerdə saxlayın. Sonra ora digər inqrediyentləri əlavə edib qarışdırın, üzünüzə çəkin, 20 dəqiqə sonra isti su ilə yuyun.
Dondurulmuş qarpız şirəsi:
Belə şirə ilə üzünüzü silin, 10 dəqiqə sonra yuyunun.
Portağallı maska:
Yarımçıq portağalın şirəsini 1 yumurta sarısı, 1 xörək qaşığı bitki yağı və 1/2 qaşıq balla qarışdırın, üz və boyun dərinizə çəkin, 15 dəqiqə sonra isti su ilə yuyun.






