ÊLfidÂ

ÊLfid Sevgi 12-10-2020, 15:00

Bir kişi bir qadını "belə" sevməlidir

Bir kişi bir qadını "belə" sevməlidir
Bir kişi bir qadını vicdanı ilə
sevməlidir. Ancaq yaxşı və sağlam gün üçün yox. Xəstəlik və darlıqda da onun yanında
qalmalıdır.
Bir kişi bir qadını mərhəməti ilə sevməlidir. Onun acizliyini sui-istifadə etmədən, onu
güclü hiss etdirməlidir. Bir kişi bir qadını sədaqətlə sevməlidir. Dünyadakı bütün gözəl
qadınları önünə toplasan belə, gözü öz qadınını görməlidir.
Bir kişi bir qadını atası kimi sevməlidir. Bir gün atası olmayanda, ona eyni gücü, dayağı
hiss etdirsin deyə.
Bir kişi bir qadını dostu kimi sevməlidir. Həmdərdi, könül yoldaşı kimi. Heç kimlə
bölə bilmədiklərini bölməlidir onunla.
Bir kişi bir qadını övladı kimi sevməlidir. Bəzən saçını daramalı, bəzən qucağında
daşımalıdır.
Bir kişi bir qadını kişi kimi sevməlidir. Gücünü, əzmini, əsəbini ondan çıxmaq yerinə, onunla sakitləşməlidir.
Və bütün bunları anlamayan bir kişi, bir qadını əsla xoşbəxt etməz. Onun varlığını zindana çevirər..

Bir kişi bir qadını "belə" sevməlidir

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
615 658 626 538 600 549

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.