ÊLfidÂ

ÊLfid Sağlamlıq 12-10-2020, 16:00

Araşdırmalara görə bu 7 fakt sağlamlığımızı möhkəmləndirir

Araşdırmalara görə bu 7 fakt sağlamlığımızı möhkəmləndirir
1.Qucaqlamaq. Sevdiklərinizi yatmazdan
əvvəl qucaqlamaq bədəninizin rahatlamasına kömək edir, bu zaman beyniniz problemləri
düşünməyi dayandırır. Belə olan halda, yatmağınız asanlaşır və yuxularınız olduqca hüzurlu olur.

Araşdırmalara görə bu 7 fakt sağlamlığımızı möhkəmləndirir

2.Gəzinti. Gündəlik gəzintilər
əzələləri, ağciyərləri möhkəmləndirir, döş xərçəngi riskini 25% azaldır.



3.Pişik saxlamaq. Araşdırmalar göstərir ki,
pişik saxlayan insanlarda digərlərinə nisbətən təxminən iki dəfə az ürək xəstəliklərinə
rast gəlinir, həmçinin onların infarkta tutulma riski üç dəfə az olur.



4.Dəniz. Statistikaya nəzər salsaq,
dəniz kənarında yaşayan insanlar stressə daha az meylli olurlar. Onların immunitetinin də
şəhər əhalisindən daha güclü olduğunu rahatlıqla demək olar.




5.Bal. Arının təbii məhsulu olan
bal yaddaş və konsentrasiyanın inkişafına yaxşı təsir edir, həm böyüklər, həm də uşaqlar
üçün çox faydalıdır. Beynin fəaliyyətinə müsbət təsir göstərir.




6.Su. İnsanın gündə 2 litrə qədər su
içməsi gərəkdiyi deyilir. Susuzluq hiss edirsinizsə, su içmək lazımdır. Susuzluq hiss edərkən
su içsəniz orqanizm ümumi çəkidən 1% ni itirmiş sayılır. Bu zaman içilən su faydalı su hesab olunur.




7.Portağal şirəsi. Osteoporoz ehtimalını azaldır, eləcə də piylənmənin qarşısını alır. Ümumiyyətlə, təkcə portağal şirəsi deyil,
digər meyvə şirələri də sağlamlığımıza çox faydalıdır. Mümkün qədər, hər şeyi yerli yerində
istifadə edək, sağlam və xoşbəxt yaşayaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
772 796 784 848 853 735

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.