kolgem

kolgem Şeirlər 8-12-2016, 10:03

Bahar hesreti

Bahar hesreti
Bahar hesreti

Bahar həsrətilə yaşadı ömür
Bir çiçək ətrini ala bilmədi
Arzular ümüdtək gözüm də sönür
Yaralı bir ürək daha dinmədi

Bahar həsrəti ürəyimdədi
İlıq bir nəfəsi diləyimdədi
Çovğunlu boranlı qış inciməsin
Qaranquş bir uçmaq həvəsindədi

Ey bahar quşların intizardadır
Bir başqa səhərdə yad bahardadır
Sənsiz səhərlər də nəğməsiz qalar
Bir qış küləyinin qorxusu da var

Bir qış gecəsində bahar həsrəti
Qızdırar ürəyi yaz hərarəti
İnanki bu duyğu yaman dərindir
Ahh necə qəribə necə şirindir

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
643 565 622 561 567 576

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.