Diablo

Diablo Məsləhətlər 13-10-2020, 18:30

Çinli alimlər arıqlamağa kömək edən 3 effektiv məhsulu açıqladı

Çinli alimlər arıqlamağa kömək edən 3 effektiv məhsulu açıqladı
Artıq çəki ilə mübarizə aparmağın ən yaxşı yolu ağzınızı nəzarətdə saxlamaq və hərəkətə davam etməkdir. Lakin pəhriz də mühüm rol oynayır.
Çinin sağlamlıq portalının müəllifləri üç məhsulun daha sürətli arıqlamağınıza imkan verəcəyini iddia edir: xiyar, brokkoli və yulaf.
Çinli mütəxəssislər iddia edir ki, bu 3 məhsulu nə qədər çox yesəniz, bir o qədər çox arıqlayırsınız! Xiyarları qatıqla qarışdırmaq daha effektiv nəticə verir. Tərəvəz az kaloridir. Bədənə toxluq hissi verən çox miqdarda lif ehtiva edir. Qatığın əlavə edilməsi isə mədə-bağırsaq traktının peristaltikasının sürətlənməsi sayəsində daha da böyük təsir göstərir.
Arıqlamağa təsir edən ikinci faydalı tərəvəz brokkolidir. Bu bitki daha çox həll olunan lif ehtiva edir ki, bu da özünüzü daha tox hiss etməyə və yağ yandırmağa kömək edə bilər. Üçüncü məhsul yulafı da qatıqla yemək tövsiyə olunur. Bu yemək sürətlə həm toxluq hissini artırır, həm də bağırsaqları təmizləməyə kömək edir.
Aytən Məftun

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
531 484 530 498 490 473

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.