kolgem

kolgem Şeirlər 6-12-2016, 13:47

Səni Sevdiyimə utanıram mən

Səni Sevdiyimə utanıram mən
Səni Sevdiyimə utanıram mən


Bir vaxt ayrılığı təsvir edərdik
İndi ayrılmışıq təsvir edirsən?
Bir vaxt görüşümə gəlib gedərdin
İndi yuxularıma gəlib gedirsən

Bir vaxt mən sənindim sən mənim
İndi bu barədə düşünməyirsən
Bir vaxt gözlərimdən öpərdin mənim
İndi gözlərimə görünməyirsən

Sonraki peşmançılıq verməyir fayda
Bu söz həqiqətdi inanıram mən
Çünki bu peşmançılığı məndə çəkmişəm
Səni sevdiyimə utanıram mən!

Ayrılıq qəlbimə zəhərli bir ox
axtardım bu dərdin çarəsidə yox
Gecələr dərd əlindən çarpayıya yox
Elə bir məzara uanıram mən
Səni sevdiyimə utanıram mən!

Ürəyim ağlayır gözlərim gülür
Biruzə vermirəm dərdi heç kimə
Bütün sevənlər xoş ömür sürür
Mən isə tüşmüşəm bağlı tilsimə.

Həyat getdikcə artır nifrətim
Dünyaya gəlməyə peşman olmuşam
Taleyim qaradır kordur qismətim
Elə bil mənbusu zindan olmuşam....

Göz yaşım isladır yazdığım şeiri
Oxuya bilmirəm sonra xəttimi
Ancaq bu şeirlərin nədirki xeyri?
Onsuzda dərd kədər əyib qəddimi.

Mən ölsəm qəbrimi qazarsınızki
Bəlkə bu odu məzar söndürdü
Sonra baş daşıma yazarsınızki
Bu bedbəxt insanı sevgi öldürdü!!!

Məzarın üstündən keçən hər cavan
Oxuyar bu kövrək acı kəlməni
Ruhuma salavat çevirər bir an
Bəlkə bir anlığa şad edər məni.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
679 659 592 612 673 615

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.