Barışmaram
Xəyanət eyləsə ən yaxın dostum,
Ətrafım barışsa mən barışmaram.
Ürəyim sınarsa hər hansı kəsdən,
O, gəlib barışsa,mən barışmaram.
Zülmətlər içində sönsə çırağım,
Qoy gəlib yandırsın doğmam,qırağım
Ulduzam söyləsə xain torpağım,
Gəlib sayrışsa da, mən barışmaram.
Bir çoxu bilməyir mərifət nədir,
Pulu olan olur hər şeyə qadir,
Ləyaqət,vicdanı qoruyan şair,
Pul üstə dartışsa mən barışmaram.






