HASANLY

HASANLY Xəbərlər 13-10-2020, 19:54

Pakistanlı aparıcıdan azərbaycana dəstək: "Birlikdə daha güclü!"

Pakistanlı aparıcıdan azərbaycana dəstək: "Birlikdə daha güclü!"
“Azərbaycandan və ədaləti dəstəkləyənlərdən gələn sevgi və dəstək məni doğurdan da təəccübləndirdi”.

Loading.Az lent.az-a istinadən xəbər verir ki, bu sözləri “A News” telekanalının aparıcısı, əslən pakistanlı Jaffar Hasnain deyib. Təşəkkür mesajlarının ona tez-tez gəldiyini deyən Hasnain bildirib ki, paylaşdığı şəkillərdəki görüntülər, xüsusilə də yaralı uşaqlar onun ürəyini ağrıtıb:
Pakistanlı aparıcıdan azərbaycana dəstək: "Birlikdə daha güclü!"
“Mesaj qutum təşəkkür və sevgi mesajları ilə doludur. Mən onların hamısını oxudum. Çox, çox təşəkkür edirəm”.

“İnstaqram” hesabında paylaşdığı dəstək dolu postları izləyicilər tərəfindən maraqla qarşılanıb. Xüsusilə “Birlikdə daha güclü!” şərhini yazdığı posta azərbaycanlı məşhurlar tərəfindən çoxsaylı təşəkkür dolu rəylər gəlib.

Qeyd edək ki, “A News” telekanalı Türkiyənin dünyadakı səsidir. Buradakı xəbərlər xarici dildə nümayiş olunur.




Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
409 369 305 309 363 332

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.