Onurğa ağrıları
Bel ağrısı - xüsusən də yaşlı nəsildə tez-tez rast gəlinən əlamətdir. Hər dörd insandan biri bütün həyatları boyu bir dəfə də olsa bel ağrısından şikayətlənir. Ağrıların davamlı xarakter alması və iş qabiliyyətini pozması həkimə müraciət etmək üçün əsas verir.
Davam etmə xüsusiyyətlərinə görə bel-onurğa ağrılarının bölünməsi:
Kəskin BA: davam etmə müddəti 6 həftədən az olan bel ağrıları.
Yarımkəskin BA: 6 həftədən çox, lakin 3 aydan az davam edən bel ağrıları.
Xronik BA: 3 aydan çox müddətə xəstənin normal həyatını məhdudlaşdıran bel ağrıları.
Qayıdan (residiv verən) BA: əvvəllər oxşar lokalizasiyalı eyni bel ağrıları olan xəstələrdə simptomsuz dövrlərlə müşayiət olunan kəskin BA (BEL,onurğa ağrısı)
Oturaq işdə çalışanların əksəriyyəti onurğa ağrılarından şikayət edirlər. Yay aylarında isə onurğa ağrıları özünü kəskin şəkildə göstərir. Həkimlər bu problemi aradan qaldırmaq üçün üzməyi təklif edirlər.
Oturaq iş həyatı və ya kondisioner olan otaqda uzun müddət qalmaq onurğa ağrılarını daha da şiddətləndirir. Odur ki, əzələləri və sümükləri qorumağın ən yaxşı yolu üzməkdir.






