Луна

Луна Mətbəx 15-10-2020, 18:00

Yerkökü Salatı

Yerkökü Salatı
Tərkibi:
200 qr toyuq filesi
300 qr kartof
300 qr göbələk
2 ədəd yumurta
150 qr soğan
zövqə görə duz, mayonez
1 dəstə şüyüd
bitki yağı

Hazırlanma qaydası:

İlk öncə kartof, yerkökü və yumurtanı suda bişirin. Toyuq filesini də az duzlu suda bişirin. Tərəvəzləri təmizləyib soyudun. Göbələk və soğanı xırda doğrayın. Tavaya azca bitki yağı töküb soğanı qovurun. Üzərinə doğranmış göbələyi də əlavə edib bişirin. Duz səpib bir neçə dəqiqə silikon qaşıqla arabir qarışdıraraq qovurun. Kartof, yerkökü və yumurtanı rəndənin xırda gözündən keçirin. Bişmiş, soyumuş toyuq filesini xırda doğrayın. Salatı hazırlayacağınız böyük ölçülü boşqaba kartofu yayın. Yerkökü formasında yayıb mayonez yaxın. Daha sonra qovrulmuş göbələkli soğanı da yayın. Toyuq filesi düzüb yenə mayonez yaxın. Toyuq filesinin üzərindən rəndələnmiş yumurtanı düzün. Azca mayonez yaxıb ən sonda rəndələnmiş yerkökübü hər tərəfinə yayın. Yerkökü formasını alan salatın yaşıl hissəsi üçün şüyüdlə bəzəyin.

Nuş Olsun! :)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
783 783 722 633 753 674

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.