Tək başına olmaq
Öz özümə həmişə bunu xatırladıram:
"Tək başınasan" Yalnızlıqdan bəhs etmirəm. Yalnız olmaqla tək başına olmaq çox başqa şeylərdi. Tək başına olmaq bir seçim, yalnızlıq isə bir məcburiyyətdir.
Bəs niyə tək başıma olmağı seçirəm? Dünya artıq pis bir yerdi. İnsanlar öz ruhları kimi onu da kirlətdilər. İçlərindəki acımasızlıq, kibir önyarğı, nifrət, şiddət dünyayı ələ keçirdi. İndiki dövrdə sevdiyin, güvəndiyin birinin sabahda yanında olacağından, arxandan bir iş çevirməyəcəyindən, sənə bir pislik etməyəcəyindən əmin ola bilmirsən. Buna görə də insanların içində olmaqdansa tək başıma olmağı seçirəm. Balkonda oxuduğum kitabın, papatyaların, dənizin, göyüzünün, ulduzların dostluğuna sığınıram. Kitablarım məni əsla yarı yolda buraxmaz. Papatyalar qəlbimi qırmaz. Dəniz özünü üstün görməz. Göyüzü səni dəyişməyə çalışmaz. Ulduzlar yalan danışmaz. Tam tərsinə mən nə zaman istəsəm mənimlədirlər və məni bezmədən sıxılmadan dinlərlər.