HASANLY

HASANLY Məşhurlar 15-10-2020, 12:11

Ronaldunun bacısı pandemiyanı ən böyük fırıldaqçılıq adlandırdı

Ronaldunun bacısı pandemiyanı ən böyük fırıldaqçılıq adlandırdı
İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldunun bacısı Katya Aveyru koronavirus pandemiyası ilə əlaqədar fikirlərini bölüşüb.

Loading.Az "Report"a istinadən xəbər verir ki, Aveyru şəxsi "Instagram"ında qardaşının COVID-19 testinin müsbət çıxmasına reaksiya verib.

"Kriştianu bütün dünyanı oyatmağa kömək etsə, aydın olacaq ki, bu portuqaliyalını Allahın özü göndərib. Çox sağ ol! İnanıram ki, minlərlə insan da mənim kimi pandemiya, testlər, ehtiyat tədbirlərini anlayacaq. Bu, həyatımda ən böyük fırıldaqçılıqdır. Bu gün "Bəsdir dünyanı aldatdınız" ifadəsini oxuyaraq, alqışladım. Zəhmət olmasa, gözlərinizi açın" deyə o bildirib.

Qeyd edək ki, Kriştianu Ronaldu 10 gün özünü təcrid etməli və "Yuventus"un ən azı iki oyununu buraxmalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
381 426 412 399 407 374

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.