HASANLY

HASANLY Xəbərlər 17-10-2020, 12:55

Prezident: "İstənilən yolla torpağı alacağıq, hər kəs bunu bilsin!"

Prezident: "İstənilən yolla torpağı alacağıq, hər kəs bunu bilsin!"
Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin. Bu ad cəhənnəmə getsin. Bu ad yoxdur artıq. Madagiz adı da yoxdur. Suqovuşandır. Başqa bizim tarixi adlarımızı da bərpa edəcəyik".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.
"Şuşaya dırnaqarası qurumun parlamentini köçürdürdün bəs, get köçür, görüm necə köçürəcəksən. Bu saxta, quldur dəstə başçısının dırnaqarası andiçmə mərasimi keçirilən yer nə gündə oldu, darmadağın etmişik oranı, darmadağın! 7 şərt qoyurdun bizim qarşımızda, ultimatumla danışırdın. Görüm, hansı şərti qoyursan?! Nə oldu bəs? Onun-bunun ətəyindən yapışıb, yıxılıb onun-bunun ayağının altında imdad diləyirsən ki, Azərbaycanı durdurun, Azərbaycana deyin ki, dayansın. Çıx torpağımızdan, dayanaq, rədd ol torpağımızdan, dayanaq. Mən bunu demişəm, gizlətmirəm. Azərbaycan xalqı da bunu deyir. Hər gün bunu deyirəm. Çıx, de ki, sabah mən buradan çıxıram – dayanırıq. Bizə qan tökmək lazım deyil, bizə torpaq lazımdır. İstənilən yolla bu torpağı biz alacağıq. Hər kəs bunu bilsin!", - Prezident vurğulayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
326 363 314 282 329 317

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.