kolgem

kolgem İslam Dini 3-12-2016, 08:42

Allahın sevdiyi kəlmələr

Allahın sevdiyi kəlmələr
Allahın sevdiyi kəlmələr

Uca Allah müsəlmanlara savab qazanmaq üçün müxtəlif yollar bildirmişdir. Müsəlman tək əməlləri ilə yox, dili ilə tələffüz olunan sözlərlə də Allahın razılığını qazana bilər. Allahın razılığını qazandıran sözlərə Onu zikr etmək də daxildir.

Zikrlər müxtəlifdir, bunlardan biri olan "Subhən-Allahi və bihəmdihi” (Allah pak və müqəddəsdir! Ona həmd olsun!) zikri haqda olan hədislərdən bəziləri bunlardır:

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Allah üçün ən sevimli kəlməni sənə bildirim?” Mən dedim: "Ey Allahın Elçisi, Allaha ən sevimli kəlməni mənə bildir!”

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: "Allaha ən sevimli kəlmə: "Subhən-Allahi və bihəmdihi”- (kəlməsidir)”. (Muslim, 7102).

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Həqiqətən, Allaha ən sevimli kəlmə qulun "Subhən-Allahi və bihəmdihi”- deməsidir”. (İmam Əhməd, 20459).

Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) soruşdular: "Hansı kəlmə ən fəzilətlidir?” O buyurdu: "Allahın mələkləri və qulları üçün seçdiyi: "Subhən-Allahi və bihəmdihi”- kəlməsidir”. (Muslim, 2731).

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Kim gün ərzində yüz dəfə: "Subhən-Allahi və bihəmdihi”- deyərsə, günahları dəniz köpüyü qədər olsa belə silinər”. (əl-Buxari, 6405).

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Kim gecə qalxmağa çətinlik çəkər, malı xərcləməyə xəsislik edər və ya düşmənlə vuruşmaqdan qorxarsa, "Subhən-Allahi və bihəmdihi”- deməyi çoxaltsın. Şübhəsiz ki, bu kəlmə Uca Allaha Onun yolunda dağ boyda qızılı xərcləməkdən daha sevimlidir”. (ət-Tabərani "Mucəmul-Kəbir” 7800).

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Kim səhər və axşam yüz dəfə: "Subhən-Allahi və bihəmdihi”- deyərsə, Qiyamət günü onun dediyi kimi və ya ondan daha çox söyləyəndən başqa heç kəs onun gətirdiyindən daha fəzilətli bir şey gətirə bilməz”. (Muslim, 4858)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
932 953 874 878 867 825

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.