
Bu şeiri Mikayl Müşfiqin "Rəssam sevgilimin rəsmini çək" şeirinə cavab şeiri olaraq yazmışam.
Sən özün çək
Çəkirəm mən indi onun rəsmini
Çəkirəm sən deyən gözəlliyini
Çatmışam nazına al bu qələmi
Sevgilinin nazını sən özün çək
Çəkirəm indi də qara telini
Çəkirəm incədən incə belini
Indi sən fırçaya uzat əlini
Can alan gözlərini sən özün çək
Çəkmişəm Tanrının gözəl qulunu
Çəkmişəm yarının sağı,solunu
Çəkmişəm mən onun həyat yolunu
Gəl sevgilinin izini sən özün çək
Müəllif: Rövşən Həsənli(Avara_Sair)







