ÊLfidÂ

ÊLfid Maraqlı 21-10-2020, 21:29

Uşaqların çəkdiyi şəkillər nəyi ifadə edir?

Uşaqların çəkdiyi şəkillər nəyi ifadə edir?

Uşaqların çəkdiyi şəkillərin mənasını tapmağı onların daxili şəxsiyyətlərin daha yaxşı tanımaq üçün öyrənmək lazımdır. Uşaqların çəkdiyi rəsmlər onların qorxuları, sevincləri, xəyalları, ümidləri və kabusları haqqında çox şey söyləməklə yanaşı onların şəxsiyyətlərindən də xəbər verir.

Uşaqlar rəsim çəkmə prosesinə bir karandaş və ya qələm tutub kağıza qoymaq üçün kifayət qədər böyük olduqları andan başlayır. Kiçik yaşlılar üçün şəkil ümumiyyətlə ayrı zövq verir. Onlar müxtəlif duyğularını sözlə ifadə edə bilmədikləri üçün rəsim çəkməyə üstünlük verirlər. Onlar dünya və ətraf mühitə öz münasibətlərini bu cür bildirirlər. Onlar üçün rəsm bir ünsiyyət vasitəsidir və onların çəkdikləri rəsm bizə onlar haqqında ətraflı məlumat verə bilər.

Hər bir valideyn uşağının çəkdiyi rəsimdən bir məna çıxarmağa çalışır ancaq bunu etməyin, icazə verin həmin rəsimdə nə ifadə etmək istəyirsə onu uşaq özü danışsın. Siz onlara sual verdikdə sizin soruşmadığınız şeyləri uşaq sizə danışacaq.

Uşaq rəsmlərinin 3 mərhələsi var.
•Cızma-qara
•Pre-sxematik
•Sxematik

1.Cızma-qara şəkillər (2-4 yaş)

Bu mərhələdə rəsmlər də heç bir realizm yoxdur və onlar, əsasən, vərəq, xətt və işarələrdən ibarətdir. Şəkillərdə heç bir məna olmaya bilər, ancaq bəzən "Təsadüfi realizm" adlanan nə isə çəkirlər. Bu o deməkdir ki, cızma-qara bitdikdən sonra, siz avtomobil və ya evə bənzəyən müəyyən formalar görə bilərsiniz.

Pre-sxematik şəkillər(4-7 yaş)

Bu mərhələdə uşaqlar əsasən gözləri ilə gördukləri fiqurları təsvir etməyə çalışırlar. Üzlər, çubuq şəkilli fiqurlar, avtomobillər, yük maşınları, ağaclar və evlər kimi ən sadə fiqurları təsvir edirlər. Bu rəsimlərdə ümumiyyətlə real detallar yoxdur. Fikirlərini bir-birlərindən fərqləndirmək məqsədi ilə onlar evlərin önlərinə güllər əlavə etməklə fikirlərini sonlandıra bilərlər.

Sxematik şəkillər(7+yaş)

Bu mərhələdə bəzi sxemlər özünü biruzə verir. Məsələn, dəniz rəsmində balıqlar, çimərlik topu, çimərlik kostyumu geyinən insanlar və s. görmək olar. Rəsmi izah etmək üçün sözlər və ya işarələr əlavə edilə bilər. İnsan rəsmi daha detallı təsvir olunacaq, məsələn, üzdəki çillər. Dərin məna və realizm daha qabarıq özünü göstərir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
987 869 807 875 857 792

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.