Gulusum

Gulusum Xəbərlər 22-10-2020, 11:00

"Məktəblərin bağlanması , metroların işlənməməsi yetərli olmaya bilər " VASİF ƏLİYEV

"Məktəblərin bağlanması , metroların işlənməməsi yetərli olmaya bilər " VASİF  ƏLİYEV
"Biz öncə də demişdik ki, yoluxma artıma doğru gedir. Hazırkı rəqəmlərdən də bunu görə bilərik. Təəssüf ki, bu artım davam edəcək. İnsanlarda o qədər arxayınlıq yaranıb ki... Belə olsa, iki həftədən sonra daha pis nəticələri görə bilərik".

LoaDinG.az xəbər verir ki, bunu REAL TV-nin efirində TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

"Sadəcə, fərdi məsuliyyətsizlik, arxayınlaşma yarandı. Baxmayaraq yumşalmalardan sonra, təkrar artımın ola biləcəyin dəfələrlə qeyd etmişdik. Bəsit tədbirləri görməliyik. Ciddi nəzarət olsa belə yüksəlişin şahidi olacağıq. İnsanlar təmasdan qaçmalıdırlar. Zəruri olmadıqca bir-birinin evinə getməməlidirlər. Qapalı məkanlarda maska mütləq istifadə etməlidirlər. Hazırda kritik günlər yaşayırıq. Məktəblərin bağlanması, metronun işləməməsi yetərli olmaya bilər. Düşünürəm ciddi nəzarət lazımdır. Avropa ölkələrində ciddi nəzarət tədbirləri görülür. Əgər belə artım olsa, sərt karantin rejiminə cəlb oluna bilər. Xəstəliyin artmasına özümüz şərait yaradırıq. Konkret olaraq bu, məsuliyyətsizlik səbəbindəndir".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
327 289 356 257 291 301

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.