HASANLY

HASANLY Xəbərlər 22-10-2020, 16:34

Azərbaycan və Türkiyə bayraqları İğdırın Rağbət dağının ZİRVƏSİNDƏ - FOTO

Azərbaycan və Türkiyə bayraqları İğdırın Rağbət dağının ZİRVƏSİNDƏ - FOTO
İğdır və Qars bölgələrindən olan alpinistlər Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə Rağbət dağının zirvəsinə yürüş ediblər.

Loading.Az AZƏRTAC-a istinadən xəbər verir ki, alpinistlərin könüllü həyata keçirdiyi aksiya Azərbaycana mənəvi dəstək, Ermənistanın işğalçılıq siyasətinə və hərbi təxribatlarına etiraz məqsədilə təşkil olunub.

Aksiyada Qars Qafqaz Alpinistlik və İdman Klubu ilə İğdır Fotoqraf Mədəniyyət və Təbiət Klubunun doqquz üzvü iştirak edib.

Qeyd edək ki, İğdırın Tuzluca rayonunun Gazilər kəndində yerləşən Rağbət dağının hündürlüyü 2400 metrdir. Ermənistanın sərhədə yaxın bölgələrindən dağın zirvəsi aydın görünür.
Azərbaycan və Türkiyə bayraqları İğdırın Rağbət dağının ZİRVƏSİNDƏ - FOTO

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
297 336 348 370 373 326

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.