HASANLY

HASANLY Xəbərlər 23-10-2020, 14:00

TƏBİB-dən xəstələrə antibiotiklərlə bağlı XƏBƏRDARLIQ

TƏBİB-dən xəstələrə antibiotiklərlə bağlı XƏBƏRDARLIQ
Həkim nəzarəti olmadan özünü evdə antibiotiklə müalicə edən xəstə ağırlaşaraq xəstəxanaya gəldiyi zaman onun müalicəsi üçün uyğun antibiotik tapmaq çətin olur.

Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva bildirib ki, payız-qış mövsümündə virusa yoluxanların sayında artımın gözlənildiyi barədə açıqlama verilmişdi: "Havalar hələ çox soyumayıb. Biz indi bəlkə də bunu əsas səbəb olaraq qeyd edə bilmərik. Demək, burada başqa səbəblər var. Yoluxma sayının azalması sentyabr ayından insanların arxayınlaşmasına gətirib çıxardı. Bu da yoluxma sayında artıma səbəb oldu".

Y.Qarayeva bildirib ki, aşkarlanan hər bir xəstə asimptomatik olsa belə, başqaları üçün təhlükədir.

TƏBİB rəsmisi əlavə edib ki, koronavirusa görə edilən testlərin sayı artarsa, amma aşkarlanan xəstə sayı artmazsa, bu, artıq müsbət bir göstərici sayılar. /Trend

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
476 546 485 432 415 367

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.