Gulusum

Gulusum Məşhurlar 23-10-2020, 19:17

Kamil Zeynallı: “Arzu edirəm ki, növbəti 10 sutkanı Şuşada yatım”

Kamil Zeynallı: “Arzu edirəm ki, növbəti 10 sutkanı Şuşada yatım”
Tanınmış fitness məşqçisi Kamil Zeynallı azadlığa çıxıb.

LoaDinG.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında məlumat verən idmançı əsgərlərə yardım kampaniyasını davam etdirəcəyini qeyd edib.

"Əziz dostlarım, arzu edirəm ki, tezliklə növbəti 10 sutkanı Şuşada yatım. Allah ordumuzu qorusun, hər şey Vətən üçün! Əsgərlərimizə dəstəyimiz davam edəcək, maşın-maşın dəstəklərimiz gedəcək... Harda qalmışdıqsa, oradan da davam edəcəyik”.

Qeyd ki, Kamil Zeynallı tərəfindən internet informasiya ehtiyatında, o cümlədən informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyaların, foto və vidogörüntülərin yayılması halları müəyyən edilmişdi. İnzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozduğuna görə Füzuli rayon məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati tənbeh növündə həbs olunmuşdu.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
492 502 495 424 467 441

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.