Səni sevirəm, Qal mənimlə!

Səni Sevirəm - sevgilərin ən gözəlini sənə vermək üçün.
Heç bir zaman izah edə bilmərəm səni sevməyin dadını və, doymaz ürəyim, doymaz əllərim, bədənim, səni sevməyə. Mən sevirəmsə özümü sən sevdiyin üçündür məni və sevirəmsə səni mənə sevməyi öyrətdiyin üçündür. Sevə bildiyim tək insan sən olduğun üçündür. Bilirəm ki, nə vaxt dolsa gözlərim bir an ağrıyla, sən siləcəksən gözyaşlarımı.
Nə vaxt sarılacaq bir bədən axtarsam, sən qucaqlayacaqsan məni. və, sənin istiliyində tanıyacağam şəfqəti. Səninlə güləcək, səninlə ağlayacağam, bildiyim tək gerçək sən olacaqsan həmişə, və mən, ən gözəl şeirlərimi sənə yazacağam. Ən gözəl xəyallarımı səninlə yaşayacağam. Sən yetər ki, sabahlar da bu günkü kimi sev məni. Sənin sərxoşluğundan heç ayılmasın ürəyim. Və, əcələ qədər mənimlə qal, tək mənimlə. Sevirəm Səni və bir ömür yaşadacağam ürəyimdə sevgini







