Piyada gəzintinin insan orqanizminə faydaları
Piyada gəzinti zamanı artıq çəki azalır, ürək döyüntüsü artır və bununla da qan dövranı daha da yaxşılaşır. Gəzinti edərkən adi vaxtla müqayisədə 5 dəfə daha çox kalori yanır.
Əzələlərin işi, yuxu qaydaya düşür. Qan təzyiqi normallaşır. Gəzinti edən insanların ürək-damar xəstəliklərinə tutulma ehtimalı az olur. Tədqiqatlar göstərir ki, bir saat gəzinti zamanı insan ömrü 2 saat artır. Beynin fəaliyyətinə müsbət təsir göstərir.
Əsas hər gün gəzintiyə çıxmaq lazımdır ki, effekti hiss edəsən.
Gəzinti addımlayaraq müəyyən ərazidə gəzmək kimi sadə deyil. Bəzi məsləhətlərə əməl etmək gərəkdir.
•İsinmə hərəkətləri ilə başlamaq, əzələləri növbəti gərginlik üçün hazır etmək lazımdır.
•Gəzintini eyni tempdə saxlamaq vacibdir.
•Sağlamlığı qaydasında saxlamaq üçün gəzintiyə gündəlik vaxt ayırmaq lazımdır. Fiziki cəhətdən hazırlıqsız olan insanlar orta templə gündə 30-60 dəqiqə gəzintiyə vaxt ayıra bilər.
Gəzintinin faydası kimi, bəzi hallarda ziyanı da var. Mütəxəssislərin fikrincə piyada gəzintinin aşağıdakı kimi əks-təsirləri var:
•Yaxın zaman müddətində keçirilən cərrahi əməliyyat. Fiziki aktivlik tikişlərin sökülməsinə, həmçinin ağrıların artmasına səbəb ola bilər.
•Hipertoniya və infeksiyanın kəskinləşməsi.
•Əzələ-skelet aparatının işinin pozulması.
Belə hallarda mümkün qədər çox ehtiyatlı davranmaq lazımdır. Əksi təqdirdə problem böyüyər .






