YOZANLAR VAR

Düz deyənə O, dəlidi
Qıraqdan ad qoyanlar var.
Əyriyə də səndən yoxdu,
Yalandan əl çalanlar var.
Dinən deyir yalanım yox,
Ac nə çəkir nə bilər tox,
Andlar ucuz kəlməni çox
Üçə-beşə satanlar var.
Çoxu mələk olur üzdə,
Düzlər qalıb vallah düzdə,
Dolaşıb yan yörəmizdə,
Üzdən iraq şeytanlar var.
Allah özün kömək eylə,
Qoyma düşüm sözə dilə,
Ordan burdan gilə-gilə
Sözü yığıb yozanlar var.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
Qıraqdan ad qoyanlar var.
Əyriyə də səndən yoxdu,
Yalandan əl çalanlar var.
Dinən deyir yalanım yox,
Ac nə çəkir nə bilər tox,
Andlar ucuz kəlməni çox
Üçə-beşə satanlar var.
Çoxu mələk olur üzdə,
Düzlər qalıb vallah düzdə,
Dolaşıb yan yörəmizdə,
Üzdən iraq şeytanlar var.
Allah özün kömək eylə,
Qoyma düşüm sözə dilə,
Ordan burdan gilə-gilə
Sözü yığıb yozanlar var.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV






