ÊLfidÂ

ÊLfid Münasibətlər 26-10-2020, 21:00

Uşaqlarınızla oyun oynamağın onların inkişafına TƏSİRİ

Uşaqlarınızla oyun oynamağın onların inkişafına TƏSİRİ
-🟡Oyun uşaqlarınıza gündəlik problemləri həll etmək, düşüncələrini sınamaq və təsəvvürlərini araşdırmaqda kömək edir.

-Yetkinlərlə oynamaq, uşağı fikirlərini, hisslərini və ehtiyaclarını ifadə etməyə imkan verir.

-Oyun, uşaqlara növbələşməyi, paylaşmağı və başqalarının hissləri ilə maraqlanmağı öyrətməklə sosial bacarıqlarını artırır.

-Oynayarkən uşağınızda özünə inam və səriştəlilik hissi inkişaf edir.

-Oyun uşaqlarda isti münasibətlər və möhkəm bağlar qurmaq üçün çox faydalıdır.

-Araşdırmalar göstərir ki, gənc ikən valideynləri ilə oynayan uşaqlar daha yaradıcı olur və gələcəkdə daha az davranış problemi nümayiş etdirirlər.

🟢VALIDEYNLƏR ÖVLADLARI ILƏ OYNAYARKƏN NƏLƏRƏ DIQQƏT ETMƏLIDIR?

•Uşağınızla oynayarkən, öz fikirlərinizi bildirməkdənsə, övladınızın liderliyini, fikirlərini izləyin. Əmr və təlimat verərək oyunu idarə etməyə çalışmayın. Oyun zamanı uşağınızı mühakimə etməyin və səhvlərini üzünə vurmayın. Bunun əvəzinə onun hərəkətlərini təqlid edin və onun dediklərini edin. Tezliklə ona öz istədiyini etmək imkanı verəndə uşağınızın oyuna daha çox maraq göstərdiyini və daha yaradıcı olduğunu görəcəksiniz. Bu yanaşma, uşağınızın təkbaşına hərəkət etmə və düşünmə qabiliyyətinin inkişafına dəstək olacaqdır.

•Uşaqlara düzgün bir insan kimi böyümələri üçün, hiylə etmək əvəzinə, qaydalara uyğun oyun oynamağı və uduzmağı öyrətmək lazımdır.

•Oyun zamanı övladınızın fikirlərini və yaradıcılığını tərifləyin və onu həvəsləndirin. Onlara əmrlər yağdırmayın. Unutmayın ki, oyunun əsas məqsədi uşağın özünəməxsusluq və müstəqillik hissini inkişaf etdirmək, uşağa özünü idarə və güc əldə etmək üçün fürsət yaratmaqdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
585 634 609 682 591 546

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.