Gulusum

Gulusum Sağlamlıq 27-10-2020, 15:00

Xərçəng xəstəliyinin yaranması riskini artıran məhsulların adları açıqlanıb

Xərçəng xəstəliyinin yaranması riskini artıran məhsulların adları açıqlanıb
Şəkərdən, mal və qoyun ətindən həddən artıq istifadə xərçəng xəstəliyinin inkişafı riskini artırır.

LoaDinG.az "Ulduz" telekanalına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xalqlar Dostluğu Universitetinin Cərrahiyyə və Onkologiya Kafedrasının rəhbəri, professor, tibb elmləri doktoru Konstantin Titov bildirib.

Həkim qeyd edib ki, şəkərdən normadan artıq istifadə piylənməyə imkan yaradır. Bu təkcə hipertoniya xəstəliyinə deyil, həmçinin ikinci növ şəkərli diabetə də gətirib çıxarır. Sonuncunun fonunda isə tez-tez xərçəng xəstəliyi meydana çıxır.

"Bədxassəli şişlər: süd vəzisi, mədəaltı vəzi xərçəngi və sair tez-tez yaranır", - Titov bildirib.

Mütəxəssis qeyd edib ki, şişlərin inkişafı üçün çeşidli “qidalanmalar” lazımdır və qlükoza bunun üçün əlverişlidir. O, həmçinin xəbərdarlıq edib ki, şəkərli diabetə görə mədəaltı vəzi hüceyrələri insulinin ifrazını dayandıra bilər.

Onkoloqun sözlərinə görə, mal və qoyun əti xüsusilə qızardılmış növdə daha çox kanserogen maddələrdən ibarətdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
464 463 429 401 381 413

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.