"Qarabağ azadlığına qovuşana qədər bizə yaşamaq haramdır" - Türkiyəli məşhurlar
Türkiyədə TRT kanalının əməkdaşları və tanınmış aktyorlar Azərbaycanla bağlı çıxışlar ediblər.
LoaDinG.Az axşam.az-a istinadən bildirir ki, onların çıxışlarından ibarət video çarx hazırlanıb. Çarxın hazırlanmasının təşəbbüskarı aparıcı Aytən Səfərova olub.
Aktyor Bahadır Yenişehirlioğlu "Bütün imperial güclər bir araya gəlsələr də, Azərbayacnın yanında duracağıq. Qarabağ azadlığına qovuşana qədər bizə yaşamaq haramdır. Qarabağ azad olana qədər mübarizəyə davam" deyə, söyləyib.
"Hər zaman hər yerdə deyirik: sizin acınız bizim acımız, sizin sevinciniz bizim sevincimiz, sizin davanız da bizim davamızdır. Çünki biz iki dövlət bir millətik, türk millətiyik" deyə, aktyor Hakan Boyav bildirib.






