Луна

Луна Programlar 31-10-2020, 20:20

Ən çox istifadəçi məlumatlarını yığan tətbiqlərin reytinqi tərtib olunub

Ən çox istifadəçi məlumatlarını yığan tətbiqlərin reytinqi tərtib olunub

Artıq heç kim üçün sirr deyil ki, böyük şirkətlər öz istifadəçilərinin bir çox məlumatlarını yığırlar. Bu əsasən hər bir istifadəçi üçün individual kontentin və reklamların təqdim olunması səbəbilə edilir. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Clario şirkətinin mütəxəssisləri istifadəçilər barəsində daha çox məlumat yığan mobil tətbiqlərin reytinqini tərtib ediblər. Qeyd etmək lazımdır ki, sözügedən reytinqin tərtib olunması zamanı mütəxəssislər tətbiqlər və saytlar tərəfindən istifadə olunan cookie məlumatlarını deyil, tərtibatçıların əldə etmək istədikləri real istifadəçi məlumatlarından istifadə ediblər.

Söhbət, yaş, cins, ad, dini baxışlar, ev ünvanları, sevilən yerlər, hobbilər, iş vəzifələri, maaş və hətta çəki, boy, səhhətin vəziyyəti kimi fiziki məlumatlardan gedir. Nəticədə məlum olub ki, reytinqdə təqdim olunmuş tətbiqlər arasında istifadəçilər barəsində məlumatları ən çox yığan məhz Facebook-dur. Məlum olub ki, sözügedən sosial şəbəkə istifadəçi məlumatlarının 70.59%-ni yığır. İstisnalar arasında istifadəçinin fizioloji vəziyyəti, maliyyə göstəricisi və bir sıra digər məlumatlar var.

Reytinqin ikinci yerində Instagram qərarlaşıb.
Sözügedən məşhur fotoservis istifadəçi məlumatlarının 58.82%-ni yığır. Üçüncü yeri tutumuş Tinder tanışlıq servisi isə istifadəçi məlumatlarının 55.88%-ni əldə edir. Maraqlısı ondadır ki, reytinqdə Google şirkətinin yalnız Maps servisi mövcuddur. Məlumata əsasən bu servis istifadəçi məlumatlarının 20.59%-ni əldə edir. Hətta IKEA (23.53%) ilə Netflix (26.47%) öz istifadəçiləri barəsində daha çox məlumata sahibdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
577 697 533 519 580 569

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.