Diablo

Diablo özünü 🤗 möhtəşəm hiss edir. İdman 5-11-2020, 22:44

Çempionlar Liqası: Ronaldo rekorda yaxınlaşdı

Çempionlar Liqası: Ronaldo rekorda yaxınlaşdı
UEFA Çempionlar Liqasının E qrupunun III turunda Macarıstan "Ferentsvaroş"u ilə matç İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldo üçün əlamətdar olub.

Portuqaliyalı hücumçu karyerası ərzində ardıcıl 18-ci dəfə qitənin bir nömrəli klub turnirində iştirak edib.

35 yaşlı futbolçu hələlik bu göstəricidə İspaniya millisinin və "Real Madrid"in sabiq qapıçısı İker Kasilyasdan geridə qalır. Veteran qolkiper ardıcıl 20 dəfə Çempionlar Liqası həyəcanını yaşayıb.

Qeyd edək ki, "Ferentsvaroş" - "Yuventus" oyunu qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Kriştianu Ronaldo koronavirusa yoluxduğu üçün qrup mərhələsinin ilk 2 oyununda meydana çıxa bilməyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
530 557 504 477 490 485

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.