ÊLfidÂ

ÊLfid Müxtəlif 8-11-2020, 13:00

Cavabı olmayan "Niyə?"lər...

Cavabı olmayan "Niyə?"lər...
Uşaqlıqdan qızlara bu sözlər deyilir: «Qadın döyülər də söyülər də»
Niyə qadın şiddətə məruz qalmalıdır?Niyə oğlanlarınız döyməli, qızlarsa döyülməlidir?! Niyə qardaş bacısını amansızca döyməlidir? Bəs işdən əsəbi gələn ata qızına yumruq vurmalıdı? Çay biraz gec gəldi deyə o qaynar çay qadının ayağına tökülməlidir? Telefonda yazışdığına xoş söz deyən kişi evdəki xanımını niyə təhqir edir?
Niyə oğul anaları gəlin döyüləndə “olar" deyirsiz, öz qızınıza «barmağının ucu dəyən» kürəkənin nəslini ittiham edirsiz? Ev işlərini görən, alış-veriş edən, uşaqları məktəbə aparıb gətirən, dərslərinə nəzarət edib soruşan Qadın yorulmur? Evinizə
gələn dost ailələrinə süfrə açan, günlərlə qalan qohumlara qulluq edən Qadın yorulmur? Hələ üstəlik sizin təhqirləriniz, atmacalı sözləriniz, ittihamlarınız, ”pulu hara xərcləmisən” hesabat gözləməyiniz, xarici görkəmiylə bağlı iradlarınız, onunla bir otaqda ikən ona məhəl qoymamağınız.
Niyə baxımlı qadınları sosial şəbəkədə «əzizləyirsiz» öz Xanımlarınıza yaxşı görünməkçün vəsait ayırmırsız?
Dünyaya gələcək neçə körpəsini sizin şiddətinizlə itirən qadınlar deyilmi?
Niyələr o qədərdirki....

Cavabı olmayan "Niyə?"lər...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
528 588 583 499 489 458

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.