KiBirLi_PrenS.

KiBirLi_PrenS. Şeirlər 9-11-2020, 19:30

GənC şair`dən

GənC şair`dən
Danışa bilmədim heç vaxt səninlə,
Dil kömək olmadı dərdi-sərimə.
Qəlbimdən keçəni söyləmək üçün
Şeirlər danışdı mənim yerimə.
.
Hər dəfə bir ümid, bir həvəs ilə
Yazıb göndərirəm sənə şeirimi.
İndi də hər şeydən xəbərsiz kimi
Yəqin oxuyursan yenə şeirimi.
.
Yenə adi gəlir bütün cümlələr,
Sadəcə başını belə qatırsan.
Hər dəfə sıradan bir şeir kimi
Mənim hisslərimi "cırıb atırsan".
.
Soruşsam: "necədi", laqqeyid halda
Çiyninlə: "nə bilim" deyirsən mənə.
Səni şeirimə yazdığım üçün
Yəqin ki bir ömür borcluyam sənə.


ELihuSen KhaLiLoV.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
538 511 554 459 510 482

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.