Burax qoy gedim
Bu ürək ikiyə bölünüb çoxdan,
Götür yarısını burax qoy gedim.
Bir beşik hazırla yellə durmadan,
Oxu laylasını burax qoy gedim.
Bir yazı masası, bir səssiz otaq,
Mən kimə bağlıyam, mən kimə ortaq?
Nədir bu məhəbbət içimdə dustaq?
Gəl aç qapısını burax qoy gedim.
Mən səni tanıdım, sən məni tanı,
Silinməz, silsən də ömrün bu anı,
Axsın izlərimə sevdamın qanı,
Qopart yarasını burax qoy gedim.
Belə xatırlayaq olub keçəni,
İllər də saxlamaz küsüb gedəni,
O sevgi ölməzdi, öldümü yənı?
Mən tutum yasini burax qoy gedim.
Götür yarısını burax qoy gedim.
Bir beşik hazırla yellə durmadan,
Oxu laylasını burax qoy gedim.
Bir yazı masası, bir səssiz otaq,
Mən kimə bağlıyam, mən kimə ortaq?
Nədir bu məhəbbət içimdə dustaq?
Gəl aç qapısını burax qoy gedim.
Mən səni tanıdım, sən məni tanı,
Silinməz, silsən də ömrün bu anı,
Axsın izlərimə sevdamın qanı,
Qopart yarasını burax qoy gedim.
Belə xatırlayaq olub keçəni,
İllər də saxlamaz küsüb gedəni,
O sevgi ölməzdi, öldümü yənı?
Mən tutum yasini burax qoy gedim.






